Kürdəmirdə narkotik satan paytaxt sakini tutulub. Bu haqda 31 mart tarixində APA məlumat verib.
Kürdəmirdə narkotik satışı ilə məşğul olan Bakı şəhər sakini Arzu Həsənova və Kürdəmir rayon sakini Roman Sadıqov saxlanılıblar.
Onlardan narkotik maddələr olan heroin, tiryək və ümumilikdə 39 ədəd güclü təsiredici xüsusiyyətə malik həblər aşkarlanıb.
Dindirilmə zamanı saxlanılan şəxslər qanunsuz əməllə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.