Salyanda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Bu barədə Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 23 mart tarixində məlumat verir.
Verilən məlumata əsasən, martın 21-də saat 22:00 radələrində şəhər sakini P.Xəlilova yolu keçərkən onu avtomobil vurub. Yaralı qadın xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Xəbibi saxlanılıb. Hadisənin onun idarə etdiyi “Mitsubishi” markalı avtomobilin iştirakı ilə baş verdiyi müəyyən edilib.
Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.