Narkotik vasitələrin daşınması ilə məşğul olan Bakı sakini saxlanılıb. Bu haqda bu gün, 9 mart tarixində Report məlumat verib.
Tovuz Rayon Daxili İşlər Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əsgər Həsənov və tanışı Asəf Qazıyev sonuncuya məxsus “Toyota” markalı avtomobillə Əlimərdanlı kəndinə gələrək ölkə ərazisinə narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıblar.
Nəqliyyat vasitəsinə baxış zamanı 177 qram heroin, 488 qram metamfetamin və 1 kq 715 qram marixuana aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxslər, xarici ölkə vətəndaşı ilə 1000 manat müqabilində narkotik vasitələrin Bakıya gətirilməsi üçün razılaşdıqlarını bildiriblər.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırma davam edir.
[URIS id=36120]