Xırdalanda “Mercedes” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb, onların arasında Bakı şəhər sakini də var. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Abşeron rayon Polis Şöbəsinə Xırdalan şəhər sakini N.Səmədova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Eminov və Qubadlı rayon sakini T.Məmmədov tutulublar.
Faktla bağlı araşdırma aparılır.