Biləsuvar rayonu ərazisində narkotik daşıyan şəxslər saxlanılıb. Bu haqda 26 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Biləsuvarda polislərin keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Əhmədov idarə etdiyi “Daewoo” markalı avtomobildə sərnişinləri N.İsmayılova və xalası, əvvəllər məhkum olunmuş K.Hüseynova ilə birgə şəhər ərazisində saxlanılıblar. Axtarış zamanı N.İsmayılovadan heroin, metamfetamin, avtomobildən isə 2 kiloqramdan artıq heroin aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.