Gəncədə paytaxt sakini olan narkotacir saxlanılıb. Bu haqda 2 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədzadə saxlanılıb.
Axtarış zaman ondan 5 kiloqram 156 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.