Bakıda tender adı ilə külli miqdarda pul mənimsənib. Bu haqda 26 aprel tarixində Oxu.az məlumat verib.
Bakı sakini R. Məmmədov iş qurmaq adı ilə 2021-ci ilin iyun ayında tender elan edib və tenderə paytaxt sakini Zamiq Mehdiyev qoşulub. İş qurmaq məqsədilə Z. Mehdiyev R. Məmmədova 10.000 manat verib. Ancaq sonradan aldadıldığını başa düşüb.
Faktla bağlı zərərçəkmiş Polis Bölməsinə müraciət edib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində aprelin 24-də Məmmədov saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.