Sumqayıtda poçt şöbəsinə saxta əsginas verən şəxs saxlanılıb. Bu haqda 28 fevral tarixində Report məlumat verib.
Fevralın 18-də Corat qəsəbəsində yerləşən poçt şöbəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.İsayev 20 ədəd saxta 50 ABŞ dollarlıq əsginas verərək manat alıb.
İsayev saxta əsginasları verərkən Bakı şəhər sakini olan bir nəfərin şəxsiyyət vəsiqəsindən istifadə edib. Faktla bağlı araşdırma davam edir.