Bakı şəhər sakinləri Astarada narkotikə görə saxlanılıbar. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 23 aprel tarixində xəbər verir.
Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Xəzər dənizinin sahilində "Opel Astra" markalı 99-RJ-503 dövlət nömrə nişanlı avtomobillə ərazidən bir ədəd bağlama götürən iki nəfər sərhəd naryadı tərəfindən saxlanılıb.
Ərazidən uzaqlaşmağa cəhd edən şəxslərin Bakı şəhər sakinləri 28 yaşlı Ramal Albabayev və Hüseyn Bəxtiyarov olduqları müəyyənləşdirilib.
Saxlanılma zamanı R.Albabayev sərhədçilərə bıçaqla müqavimət göstərməyə çalışsa da, o, zərərsizləşdirilib.
Nəqliyyat vasitəsini sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən avtomobilin sürücüsü, paytaxt sakini Sultan İbrahimov da həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
Saxlanılmış şəxslərin üzərində aşkarlanmış bağlamaya baxış zamanı 3 bükümdən 7 kiloqram 755 qram “marixuana”ya bənzər narkotik vasitə götürülüb.
İstintaq tədbirləri davam edir.
[caption id="attachment_41750" align="alignnone" width="896"]
Foto Dövlət Sərhəd Xidmətinin saytı[/caption]