Bakı-Sumqayıt şosesində iki avtomobil toqquşub. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 7 aprel tarixində xəbər verir.
Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində “Opel” markalı nəqliyyat vasitəsi yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan “Vaz-2106” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ-2106” deformasiyaya uğrayıb.
Qəza nəticəsində “Opel”in sürücüsü müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.