90-lıq yolda öz kefi ilə hərəkət edən sürücü qəza şəraiti yaradıb. Bu haqda 5 mart tarixində Avtosfer.az məlumat verib.
Bakı-Sumqayıt yolunda 99-BF-527 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü hərəkət edən zaman qəfildən sağa - Xırdalan dairəsi istiqamətinə manevr edib. Sürücü sağ zolaqla düzünə hərəkət edən "Mercedes S Class" markalı avtomobilin qarşısına çıxıb və onu sıxışdırıb. Bununla da avtomobil qəza şəraiti yaradıb.
Həmçinin avtomobilin mühərrik hissəsində problem olduğu məlum olub. Bu səbəbdən maşın havanı çirkləndirib.