Bakı-Sumqayıt yolunda baş vermiş avtoqəzada paytaxt sakini vəfat edib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Sumqayit24-ə istinadən xəbər verir.
Yolun Ceyranbatan qəsəbəsi ərazisində “Chevrolet” markalı nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkət edən 2 mopedə arxadan çırpılıb. Nəticədə motosikletçilərdən biri - Bakı sakini Rəşid Adıgözəlov hadisə yerində dünyasını dəyişib, Xırdalan sakini V.Xəlilov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.
[URIS id=42100]