Bakı-Sumqayıt magistral avtomobil yolunun 7-ci kilometrliyində yanğın olub. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən 22 fevral tarixində xəbər verir.
Ümumi sahəsi 320 kv.m olan birmərtəbəli mebel mağazasının yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunduqdan sonra yanğın söndürülüb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Xəsasət alan olmayıb.