Bakı-Sumqayıt yolunda qəza törədən sürücü hadisə yerindən qaçıb. Bu haqda bu gün, 24 yanvar tarixində APA məlumat verib.
“KİA” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirərək dəmir arakəsməyə çırpılıb. Həmin şəxs avtomobili tərk edərək hadisə yerindən yayınıb. Xəsarət alanlar barədə məlumat yoxdur.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda sürücünün tapılması istiqamətində araşdırmalar aparılır.