Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma texnologiyası” kafedrasının dosenti Veysəl Nərimanov vəfat edib. Bu haqda BakuPlus.az APA-ya istinadən 22 fevral tarixində xəbər verir.
Nərimanov uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.
O, AzTU-da 1965-ci ildən fəaliyyətə başlayıb. 1987-2000-ci illərdə müxtəlif fakültələrin dekanı vəzifəsində çalışıb.