Cəlilabad rayonunda keçirilən əməliyyat tədbirləri nəticəsində xaricdə yaşayan narkokuryerlə əlaqəsi olan Bakı şəhər sakini Qabil Əzizli və Cəlilabad rayon sakini Vüqar Məmmədov rayonun Fərzili kəndində saxlanılıb. Onlardan 17 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Bu haqda bu gün, 28 fevral tarixində APA məlumat verib.
Baxış zamanı ayrı-ayrı bağlamalarda 16 kiloqrama yaxın heroin və 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
İstintaq zamanı müəyyən edilib ki, şübhəlilər narkotik vasitələri xarici ölkədə yaşayan narkotik alverçisi vasitəsilə əldə ediblər və paytaxtın onlara göstərdikləri yerlərə çatdırmaqla satışını təşkil etməli olublar.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.