BDU-nun tələbəsi dənizdə batıb. Bu haqda 22 iyun tarixində Bakuplus.az Bakı Dövlət Universitetinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.
Universitetin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün, səhər saat 05:00 radələrində tapılaraq ailəsinə təhvil verilib.