Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dosenti dünyasını dəyişib. Bu haqda BakuPlus Report-a istinadən xəbər verir.
Universitetin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti Sədrəddin Sədrəddinov 81 yaşında vəfat edib.
Sədrəddin Sədrəddinov 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb, “Nazik təbəqəli ftalosianin və onun metal komplekslərində yükdaşınma mexanizmlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.