Bakı Dövlət Universitetinin sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxsə hökm oxunub. Bu haqda 21 yanvar tarixində Report məlumat verib.
BDU-nun Sosial elmlər və Psixologiya fakültəsinin müəllimi, sabiq kafedra müdiri Hüseyn Məmmədov oğlunu prokurorluq orqanlarında işə düzəltmək üçün Elbrus Əliyevə 50 min manat pul ödəyib. Yalandan vədlər verən Əliyev isə pulları mənimsəyib. Məlum olub ki, o, daha iki nəfərdən dələduzluq yolu ilə ümumilikdə 100.000 manat pul alıb.
Cinayət Məcəlləsinin “Külli miqdarda dələduzluq” və “Rüşvət verməyə təhrik etmə” maddəsi ilə təqsirləndirilən Elbrus Əliyevə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub və ona şərti cəza verilib. O, 11.000 manat cərimə olunub və məhkəmə zalından azadlığa buraxılıb.