Beyləqanda paytaxt sakini olan narkotacir saxlanılıb. Bu haqda 23 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Zərbəliyev saxlanılıb. Onun üzərində 4 kiloqram 450 qram heroin və “AKM” markalı avtomat silahı aşkar olunub.
Faktla bağlı araşdırma davam edir.