Biləcəri Lokomotiv Deposunun işçiləri oğurluğa cəhd ediblər. Bu haqda 10 fevral tarixində Avtosfer.az məlumat verib.
Fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatmış 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayını, 15 ədəd vaqon asılqanı və 3 ədəd avtomobil qoşqusu oğurlanıb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.