Biləsuvarda paytaxt sakini olan narkotacir saxlanılıb. Bu haqda 30 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Biləsuvar rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Rəsulov saxlanılıb. Onun üzərində 1 kiloqram 415 qram metamfetamin və 4 qrama yaxın marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma davam edir.