Biləsuvarda narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini saxlanılıb. Bu haqda 31 yanvar tarixində Report məlumat verib.
Biləsuvarda polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini Nicat Eminov, Beyləqan rayon sakini Sahil Tapdıqov və Sumqayıt şəhər sakini Tərlan Dadaşzadə saxlanılıblar.
Axtarış zamanı “Toyota Prius” markalı avtomobildə 7 kiloqrama yaxın heroin, 1 kiloqram 110 qram tiryək və 500 qramdan artıq metamfetamin aşkarlanıb.
[caption id="attachment_31548" align="alignnone" width="968"]
Foto Report.az[/caption]