Paytaxt sakinindən narkotik tapılıb. Bu haqda 16 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Biləsuvada polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini Z.İbrahimov saxlanılıb. Onun üzərində 1 kiloqram 88 qrama yaxın tiryək, 243 qramdan artıq heroin və 168 qrama yaxın metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.