Bakı Dairəvi yolunda qəza olub. Bu haqda 13 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Binə Ticarət Mərkəzindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gedən istiqamətdə “Range Rover” və “Toyota Prius” markalı avtomobillərinin iştirakı ilə qəza baş verib. Xəsarət alan olmayıb.
Qəzaya səbəb ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.