Son 20 gün ərzində paytaxt ərazisində narkotik alverinə qarşı silsilə əməliyyatlar keçirilib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Tədbirlər zamanı 30 nəfər tutulub, ümumilikdə 30 kiloqrama yaxın heroin, marixuana, tiryək və metamfetamin dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslərdən ikisinin öz evlərində narkotiklərin istifadəsi üçün şərait yaratdıqları da məlum olub. Həmçinin Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən narkotik aludəçilərinin toplaşdığı yarımtikili də nəzarətdə saxlanılır.