Bakıda baş verən qəza tıxaca səbəb olub. Bu haqda 16 iyun tarixində Oxu.az məlumat verib.
Bakının Ziya Bünyadov prospektində “Toyota Prius”, VAZ-2107 və “Chevrolet” markalı avtomobillər toqquşub. Qəza nəticəsində yolda tıxac yaranıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.