Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 4-cü kurs kursantı, 21 yaşlı Murad Nağıyev aprelin 13-də onkoloji xəstəlikdən müalicə müəssisəsində dünyasını dəyişib. Bu haqda Bakuplus.az Report-a istinadən məlumat verir.
Həkimlər bütün lazımi tədbirlərin görülməsinə baxmayaraq, onun həyatını xilas edə bilməyiblər.
Hərbi prokurorluq kursantın ölümü ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, mühüm əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri tədbirlər görülüb. Faktla bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır və qanun çərçivəsində bütün tədbirlər görüləcək.