Bakı sakininin Dubayda pulu oğurlanıb. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 17 mart tarixində xəbər verir.
Paytaxt sakini olan C. Mehdiyev Hava Nəqliyyatında Baş Polis İdarəsinə müraciət edərək Dubayda hoteldə olarkən pul kisəsindən 12 150 ABŞ dollarının oğurlandığını bildirib.
O qeyd edib ki, martın 11-də Dubay şəhərində “Sun and Sand” hotelində oğurluğa məruz qalıb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.