Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən qəza baş verib. Bu haqda 13 iyun tarixində APA məlumat verib.
Ekologiya postunun yaxınlığında 23 yaşlı Seymur Məmmədovu yolu keçən zaman minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.