Kütləvi kibercinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda 18 iyun tarixində Report məlumat verib.
Sosial şəbəkə seqmentlərində “Yüksək faizli qazanc”, “Kreditə pul verilir” adı altında kütləvi kibercinayət əməllərini törətməkdə şübhəli bilinən 18 yaşlı Rüfət Babayev ifşa olunaraq saxlanılıb. O, 100-dən çox vətəndaşı aldadaraq, onlayn formada, bank köçürməsi yolu ilə pullarını mənimsəyib.