Gəncədə paytaxt sakini olan piyada vurulub. Bu haqda 17 mart tarixində Oxu.az məlumat verib.
Fətulla Həsənov küçəsində hərəkətdə olan “Mercedes” markalı avtomobilin şinlərində nasazlıq baş verib və nəticədə maşın yol kənarında dayanan 3 tələbəni vurub.
Qəza nəticəsində Bakı şəhər sakini, 20 yaşlı Eltun Rzayev, Şəki sakini, 19 yaşlı Pərvin Məmmədov və Tovuz sakini, 20 yaşlı Təbriz Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, Eltun Rzayevin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma davam edir.