Həbsxanaya narkotik keçirmə cəhdinin qarşısı alınıb. Bu haqda 15 iyun tarixində Qafqazinfo məlumat verib.
Bakı İstintaq təcridxanasına həbsdə olan Aqil Məmmədova bacısı oğlu Bakı şəhər sakini Mircavad Hüseynov görüş zamanı sovqat gətirib. Sovqata baxış keçirilib və orada olan sellofan paketdəki qəndin içində gizlədilmiş ümumi çəkisi 0,550 qram olan metamfetamin tapılıb.
Faktla bağlı araşdırma davam edir.