Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb. Bu haqda 12 fevral tarixində APA məlumat verib.
11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək istəyən Abşeron rayon sakini İlqar Məmmədovun cəhdinin qarşısı alınıb. O, həbsdə olan qonşusu Novruz Orduxanlıya gödəkçənin qollarının astar hissəsinə xüsusi üsulla tikilmiş 3 ədəd parçaya hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,486 qram olan narkotik vasitə heroin vermək istəyərkən saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.