Həbsdəki oğluna narkotik gətirən qadın tutulub. Bu haqda 10 iyun tarixində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Təcridxanada saxlanılan məhkum Ramil Bayramovun anası qısamüddətli görüşə gəlib və onun sovqatına baxış keçirilib. Bu zaman Bakı şəhər sakini Cəmilə Bayramovanın gətirdiyi cins şalvarın tikiş hissəsinin arasında xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,692 qram heroin və ümumi çəkisi 0,195 qram metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.