Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər tapılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, Elşad Hacıyev bu gün, 19 yanvar tarixində məlumat verib.
Cinayəti törətməkdə şübhəli bilinən 31 yaşlı Vüqar Tağızadə və 26 yaşlı Allahverdi Məmmədli saxlanılıblar.
Faktla bağlı Səbail RPİ tərəfindən “Xuliqanlıq” və “Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya zədələmə” maddələri ilə cinayət işi başlanılıb. Hadisənin təfərrüatları araşdırılır.