Bakı Dövlət Universitetinin (BDU) tələbəsi bədbəxt hadisə nəticəsində vəfat edib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
Universitetin Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisası üzrə (Sabah qrupu) təhsil alan 22 yaşlı IV kurs tələbəsi traktorun aşması nəticəsində dünyasını dəyişib.
Hadisə İsmayıllı rayonunda qeydə alınıb.