Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edən şəxsə şərti cəza verilib. Bu haqda 6 aprel tarixində Report məlumat verib.
Nicat Əlizadə "Asena" MMC-nin müdiri vəzifəsində işləyən tanışı Sevda Nəcəfovanın etibarından sui-istifadə edib. O, şirkətin vergi borcunu İT (informasiya texnologiyaları) yolu ilə təsdiqləyəcəyinə dair MMC rəhbərinə yalan vəd verərək ondan 88.000 manat pul alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona şərti cəza verilib. Hazırda Nicat Əlizadə Sevda Nəcəfovaya dəymiş maddi ziyandan 41.000 manat pulu ödəyib.