Şəkidə qohumunun evindən bank kartlarını oğurlayan şəxs saxlanılıb. Bu haqda 6 aprel tarixində Report məlumat verib.
Şəki sakininə məxsus planşet, telefon, fotoaparat, bank kartları və içərisində pul olan pulqabı oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ev sahibinin qohumu, əvvəllər də oğurluğa görə məhkum edilmiş Mingəçevir şəhər sakini İsmayıl Tahirov hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.
O, törətdiyi əməli etiraf edib. Tahirov evdə heç kimin olmamasından istifadə edərək ora daxil olub və oğurluğu etdikdən sonra Bakı şəhərinə gedib. Oğurladıqlarının bəzilərini paytaxtda dəyərindən ucuz qiymətə satıb və əldə etdiyi pulu xərcləyib.
Faktla bağlı cinayət işi başlanılıb və təqsirləndirilənə qarşı həbs qətimkan tədbiri seçilib.