Bakıda qohumunu öldürən şəxsin məhkəmə istintaqı yekunlaşıb. Bu haqda 20 aprel tarixində Report məlumat verib.
Suraxanı rayonunda ötən ilin dekabr ayında Tariyel Qurbanov kriminal aləmə yaxın olan qohumu Allahverdi Mirzəyevi yaşadığı evin həyətində aralarında yaranan mübahisə zamanı ov tüfəngi ilə qətlə yetirmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən Tariyel Qurbanovun məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti iclas aprelin 29-na təyin edilib.