Lənkəranda narkotikin təsiri altında sükan arxasına keçən Bakı sakini saxlanılıb. Bu haqda 14 fevral tarixində Bakuplus.az APA-ya istinadən məlumat verib.
“Mercedes Benz” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Məcidov, qayda pozuntusuna yol verdiyi üçün saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından, o, müvafiq tibbi müayinədən keçib. Müayinənin nəticəsinə əsasən Məcidovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Faktla bağlı toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib.