Azərbaycana narkotik keçirməyə cəhd edən paytaxt sakinləri saxlanılıb. Bu haqda 4 mart tarixində Report məlumat verib.
Martın 4-də ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən Bakı şəhər sakinləri 30 yaşlı Nur Bədəlov və 32 yaşlı Gülnar Hüseynova saxlanılıblar. Onların əllərindəki bağlamaların içərisində təxmini çəkisi 15 kiloqram 985 qram olan müxtəlif narkotik vasitələr aşkar olunub.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.