Mehdiabad qəsəbəsində avtomat və narkotik satmaq istəyən şəxs tutulub. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Niyaməddin Paşayevin üzərində 1 ədəd “Kalaşnikov” avtomatı, 9 ədəd patron, daraq və 320 qram narkotik maddə aşkarlanıb. Təqsirkar odlu silahı tapdığını və narkotik vasitə ilə birlikdə satmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
[caption id="attachment_33167" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]