Metroda cibgirlik edən şəxs saxlanılıb. Bu haqda bu gün, 17 fevral tarixində APA məlumat verib.
Yanvarın 19-u “Nizami” stansiyasında qatarda bir qadının cibindən içərisində pul, bank kartı və sənədlər olan pulqabı, fevralın 14-də isə “28 May” stansiyasında digər qadının gödəkçəsinin cibindən “Samsung A10” markalı mobil telefon oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsgər Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.