Bakı sakinində narkotik və saxta əsginaslar aşkarlanıb. Bu haqda 4 aprel tarixində Report məlumat verib.
Şirvan şəhərində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini Anar Xanzadə saxlanılıb. Onun üzərində heroin, 81 ədəd saxta 100 dollarlıq və 15 ədəd saxta 100 manatlıq əsginaslar aşkarlanıb.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.