Bakıda polis tərəfindən saxlanılan narkoman sürücü xəstəxanada dünyasını dəyişib. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
Ötən gün polis tərəfindən saxlanılan taksi sürücüsünün narkotik təsiri altında olması müəyyən olunub. Biləcəri qəsəbə sakini, 39 yaşlı Tahir Fərzəliyev saxlanılan zaman səhhəti pis olduğundan xəstəxanaya yerləşdirilib.
Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun narkotikdən zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_47026" align="alignnone" width="800"]
Foto Oxu.az saytı[/caption]