Narkotikin təsiri altında olan şəxs avtomobillə "Torqovaya"ya girib. Bu haqda 12 mart tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Səbail rayonunda sürücü nəqliyyatın hərəkəti qadağan olunan Fəvvarələr Meydanına qanunsuz daxil olaraq avtomobili idarə edib. Nəqliyyat vasitəsi Səbail Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sürücü avtomobili narkotik vasitənin təsiri altında idarə edib.
Faktla bağlı araşdırma davam edir.