“Neftçi” FK-nın azarkeşləri matça gedən zaman yolda avtoqəzaya düşüblər. Bu haqda bu gün, 9 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Şamaxı” - “Neftçi” oyununa baxmaq üçün Şamaxıya yola düşən azarkeşlər avtoqəzaya düşüb. Nəticədə iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.
“Keşlə” Futbol klubu bir neçə gün öncə adını dəyişərək Şamaxıya köçüb. Klub bütün ev oyunlarını sözügedən şəhərdə keçirəcək.