Bakıda 6 Nigeriya vətəndaşının pulunu dələduzluq yolu ilə mənimsəmiş şəxs axtarışa verilib. Bu haqda Qafqazinfo bu gün, 19 yanvar tarixində məlumat verib.
Yanvarın 17-də nigeriyalılar Nərimanov Rayon Polis İdarəsinə Ağdam rayon sakini, 43 yaşlı Musa İsmayılovun onları aldatması barədə ərizə ilə müraciət ediblər. Onlar iddia ediblər ki, Musa İsmayılov 2021-ci ilin avqust-noyabr aylarında Nigeriya vətəndaşlarına Azərbaycan futbol klublarına yerləşdirəcəyini vəd edib və onlardan 21.500 dollar pul alıb.
İstintaq zamanı Musa İsmayılovun başqa cinayətdə də əli olduğu məlum olub. Xətai RPİ onu dələduzluqda ittiham edərək, tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.