Azərbaycanın Əməkdar həkimi, Səhiyyə Nazirliyinin Nizami rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini İradə Şixzamanova dünyasını dəyişib. Bu haqda bu gün, 9 iyun tarixində Report məlumat verib.
Verilən məlumata əsasən, o, uzun sürən xəstəlikdən sonra ötən gün evində 65 yaşında vəfat edib.
İradə Şixzamanova 30 ilə yaxın Gigiyena və Epidemiologiya Mərkəzində çalışıb. 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə ona Əməkdar həkim fəxri adı verilib.